USD1.70
EUR1.98
RUB2.1216
BTC90562.00
USDT1.00
TON1.74
Canlı

Xəzərdə balıq ehtiyatları azalır: Bazarda qiymətlər qalxır

Dünən, 22:06
5
Xəzərdə balıq ehtiyatları azalır: Bazarda qiymətlər qalxır

Xəzər dənizində balıq ehtiyatları azalır və bu, bazarda qiymətlərin artmasına səbəb olur. Mütəxəssislər vəziyyətin yaxın gələcəkdə dəyişməyəcəyini proqnozlaşdırırlar.

Rock.News xəbər verir ki, Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyevin sözlərinə görə, 2025-ci ildə Xəzər dənizində və daxili sularda ehtiyatların qiymətləndirilməsi işi aparılıb. Bu sahədə Türkiyədən olan elm adamları və Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşları ilə birgə qiymətləndirmələr aparılıb.

Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri Zaur Salmanlı bildirib ki, Kür çayında sululuğun azalması keçici və yarımkeçici balıqlara təsir edir. Xəzərin səviyyəsinin düşməsi onların çaylara keçməsində çətinliklər yaradır. Hazırda Xəzər qızıl balığı və nərə cinsli balıqların miqrasiyası azalmaqdadır.

Azərbaycan Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev isə balıqların azalmasına səbəb kimi təkcə iqlimi deyil, həm də insan amilini göstərir. Onun fikrincə, böyük su hövzələrindən ayrılan qolların mütəmadi olaraq təmizlənməsi və qorunması vacibdir. Ə.Əliyev qeyd edib ki, təbii su hövzələrimizdə çəkikimilərin və digər balıqların azalması faciəvidir.

Bu mövzuda