USD1.70
EUR1.98
RUB2.1216
BTC90909.00
USDT1.00
TON1.76
Canlı

ABŞ-da silahlı insident: Yeddi yaşlı qız da daxil olmaqla altı nəfər öldürüldü

Bu gün, 09:39
4
ABŞ-da silahlı insident: Yeddi yaşlı qız da daxil olmaqla altı nəfər öldürüldü

ABŞ-da silahlı insident baş verib.

Rock.News xəbər verir ki, ABŞ-ın Missisipi ştatının Kley dairəsində baş verən atışma nəticəsində yeddi yaşlı qız da daxil olmaqla, altı nəfər həlak olub. Kley dairəsinin şerifi Eddi Skottun bildirdiyinə görə, qətllər üç fərqli məkanda törədilib. Şübhəli bilinən 24 yaşlı Darika Mur həbs edilib.

Şerifin sözlərinə görə, Murun motivi hələ tam aydın deyil, lakin qurbanların bəziləri onun qohumları olublar.

Bu mövzuda