Tailandda silahlılar 11 yanacaqdoldurma məntəqəsində partlayış törətdi
Bu gün, 09:29
4

Tailandda yaraqlıların yanacaqdoldurma məntəqələrində törətdiyi partlayışlar nəticəsində yanğınlar baş verib.
Rock.News xəbər verir ki, hadisə Tailandın cənub bölgəsində, PTT neft-qaz şirkətinə məxsus 11 yanacaqdoldurma məntəqəsində qeydə alınıb. Partlayışlar Narathivat, Pattani və Yala prefekturalarında baş verib. Nəticədə bir polis əməkdaşı yaralanıb.
Qeyd olunur ki, Tailandın cənubunda, əsasən müsəlmanların yaşadığı bölgədə silahlı münaqişə 70 ildən artıqdır davam edir. Silahlı qruplar 2004-cü ildən etibarən daha aktiv şəkildə fəaliyyət göstərirlər və regionun ayrılmasını, Pattani, Yala və Narathivat prefekturalarının ərazisində sultanlığın yaradılmasını hədəfləyirlər.



