Yalçın Rəfiyev İƏT-in Somali üzrə fövqəladə iclasında iştirak etdi
Bu gün, 09:41
3

Yanvarın 10-da Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının Somali ilə bağlı fövqəladə iclasında iştirak edib.
Rock.News xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Səudiyyə Ərəbistanının Ciddə şəhərində İƏT-in mənzil qərargahında baş tutmuş iclasda Somalinin suverenliyi və ərazi bütövlüyünə dəstək verilib. Y.Rəfiyev Azərbaycanın Somali Federal Respublikasının suverenliyinə dəstəyini ifadə edib. İƏT xarici işlər nazirlərinin iclasında Somali və onun ərazi bütövlüyünə dəstək ifadə edən qətnamə qəbul olunub.



