USD1.70
EUR1.98
RUB2.1216
BTC90929.00
USDT1.00
TON1.76
Canlı

Yalçın Rəfiyev Somali ilə bağlı İƏT iclasında Azərbaycanı təmsil etdi

Bu gün, 09:40
3
Yalçın Rəfiyev Somali ilə bağlı İƏT iclasında Azərbaycanı təmsil etdi

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, 10 yanvar 2026-cı il tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının Somali ilə bağlı fövqəladə iclasında iştirak edib.

Rock.News xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində İƏT-in mənzil qərargahında keçirilən iclasın əsas məqsədi Somalinin suverenliyi və ərazi bütövlüyünü qorumaq, həmçinin "Somalilənd" bölgəsinin müstəqil dövlət kimi tanınmasına qarşı birgə addımlar atmaq olub.

Y.Rəfiyev iclasda çıxış edərək, Azərbaycanın Somali Federal Respublikasının suverenliyinə, milli birliyinə və ərazi bütövlüyünə olan dəstəyini vurğulayıb. O, Azərbaycanın İƏT-in Somali üzrə Təmas Qrupunun fəal üzvü olaraq, beynəlxalq ictimaiyyətin, xüsusən İƏT ölkələrinin səylərini dəstəklədiyini bildirib.

Ölkəmizin beynəlxalq hüququn prinsiplərinə sadiqliyi qeyd olunaraq, müxtəlif regionlarda, o cümlədən Afrika Buynuzu və Qırmızı dəniz hövzəsində sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq ictimaiyyət məsuliyyətli davranmağa çağırılıb.

İƏT xarici işlər nazirlərinin 22-ci fövqəladə iclasının sonunda, üzv dövlətlər Somali və onun ərazi bütövlüyünə qətiyyətli dəstək ifadə edən qətnamə qəbul ediblər.

Bu mövzuda

Yalçın Rəfiyev Somali ilə bağlı İƏT iclasında Azərbaycanı təmsil etdi — Rock.News