Masallıda polis narkotacirlərə qarşı əməliyyat keçirdi, saxlanılanlar var
Bu gün, 09:19
5

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.
Rock.News xəbər verir ki, tədbir zamanı 37 yaşlı Balağa Nuriyev və əvvəllər məhkum olunmuş 49 yaşlı Məhərrəm Məmmədov saxlanılıblar. Daxili İşlər Nazirliyinin məlumatına görə, onlardan 9 kq marixuana aşkar edilib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.



