USD1.70
EUR1.98
RUB2.1216
BTC90909.00
USDT1.00
TON1.76
Canlı

Yalçın Rəfiyev Somali ilə bağlı İƏT iclasında Azərbaycanı təmsil etdi

Bu gün, 09:32
4
Yalçın Rəfiyev Somali ilə bağlı İƏT iclasında Azərbaycanı təmsil etdi

Yanvarın 10-da Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının Somali ilə bağlı fövqəladə iclasında iştirak edib.

Rock.News xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Səudiyyə Ərəbistanının Ciddə şəhərində İƏT-in mənzil qərargahında keçirilən iclasın məqsədi Somalinin “Somalilənd” bölgəsinin müstəqil dövlət kimi tanınmasına qarşı Somalinin suverenliyi və ərazi bütövlüyünə dəstək vermək idi. İclasda çıxış edən Y.Rəfiyev Azərbaycanın Somali Federal Respublikasının suverenliyinə dəstəyini ifadə edib. O, İƏT-in Somali üzrə Təmas Qrupunun fəal üzvü kimi Azərbaycanın beynəlxalq səyləri dəstəkləyəcəyini bildirib. Ölkəmizin beynəlxalq hüquqa sadiqliyi vurğulanaraq, müxtəlif regionlarda sülhün bərqərar olması üçün beynəlxalq ictimaiyyətə çağırış edilib. İƏT xarici işlər nazirlərinin iclasının sonunda üzv dövlətlər Somali və onun ərazi bütövlüyünə dəstək ifadə edən qətnamə qəbul ediblər.

Bu mövzuda