USD1.70
EUR1.98
RUB2.1216
BTC90909.00
USDT1.00
TON1.76
Canlı

Tramp Qrenlandiyanı İlhaq Planları ilə Gündəmi Zəbt Etdi

Bu gün, 09:40
4
Tramp Qrenlandiyanı İlhaq Planları ilə Gündəmi Zəbt Etdi

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etmək planları gündəmə bomba kimi düşüb.

Rock.News xəbər verir ki, Tramp Birləşmiş Xüsusi Əməliyyatlar Komandanlığına (JSOC) Qrenlandiyanın işğalı üçün ətraflı plan hazırlamağı tapşırıb. “The Mail on Sunday” qəzetinin məlumatına görə, Tramp Qrenlandiyanı strateji mövqeyi və mineral sərvətlərinə görə ilhaq etmək niyyətindədir. O, daha əvvəl də Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin vacibliyini dəfələrlə vurğulamışdı.

Xatırladaq ki, Tramp prezidentliyinin birinci dövründə Qrenlandiyanı satın almağı təklif etmiş və 2025-ci ilin mart ayında adanın ilhaq oluna biləcəyinə əminliyini ifadə etmişdi. Danimarka Baş naziri Mette Frederiksen isə bu iddiaları rədd edərək, adanın krallığın bir hissəsi olduğunu bildirir.

Qrenlandiya Danimarkanın muxtar ərazisidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO müttəfiqliyi çərçivəsində Qrenlandiyanın Müdafiəsi haqqında Müqavilə imzalayıblar. Bu müqaviləyə əsasən, ABŞ adanı potensial təcavüzdən qorumağı öhdəsinə götürüb.

Bu mövzuda