Hamiləlik Məzuniyyəti Artırıldı: Yeni Qanun Qüvvəyə Minir
Bu gün, 12:27
6

Milli Məclis hamiləlik və doğuş məzuniyyətinin uzadılması qaydalarını tənzimləyən qanun layihəsini qəbul edib.
Rock.News xəbər verir ki, Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən, doğuşdan əvvəlki məzuniyyət müddəti, uşağın gözlənilən doğuş tarixindən faktiki doğuş gününə qədər olan günlər qədər uzadılacaq. Bu dəyişiklik doğuşdan sonrakı məzuniyyət müddətini azaltmayacaq. Qanunvericilikdə edilmiş dəyişikliklər qadınların sosial müdafiəsini gücləndirməyə yönəlib.
#qanunvericilik#əmək məcəlləsi#hamiləlik#sosial müdafiə



