ASAN könüllüləri və şagirdlər ekoloji tədbir keçirdilər
Bu gün, 15:39
1

ASAN könüllülərinin "Yaşıl ASAN" ekoloji proqramı çərçivəsində Azərsun Kağız və Karton İstehsalat Korporasiyası və Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin şagirdləri birgə ekoloji tədbir keçiriblər.
Rock.News xəbər verir ki, "Balaca Ekoloqlar" layihəsi çərçivəsində şagirdlər arasında ekoloji maarifləndirmə aparılıb, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi və təkrar emalın təşviqi mövzularında söhbətlər aparılıb. Tədbirdə şagirdlərin tullantılardan hazırladıqları əl işləri nümayiş olunub, ağacəkmə aksiyası keçirilib və "Eko çanta" və "Üz boyama" üzrə ustad dərsləri təşkil edilib. Sonda şagirdlərə hədiyyələr təqdim olunub.
#ekologiya#tədbir#şagirdlər#ASAN



