USD1.70
EUR2.00
RUB2.1715
BTC87965.00
USDT1.00
TON1.62
Canlı

Səfir Mustafayev və Qaluzin görüşdü: AZAL qəzası müzakirə edildi

Bu gün, 14:58
5
Səfir Mustafayev və Qaluzin görüşdü: AZAL qəzası müzakirə edildi

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb. Görüşdə Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və 2025-ci ilin siyasi yekunları müzakirə edilib.

Rock.News xəbər verir ki, səfir Mustafayev 2024-cü ilin dekabrında baş vermiş AZAL təyyarəsinin qəzasının faciəvi nəticələrini xatırladıb. O, həmçinin iki ölkə prezidentlərinin Düşənbədə keçirilən görüşünün ikitərəfli münasibətlərin normallaşmasında mühüm addım olduğunu vurğulayıb və Rusiya Prezidentinin qəza qurbanlarına kompensasiya ödənilməsi ilə bağlı verdiyi vədin tezliklə yerinə yetirilməsinin vacibliyini qeyd edib.

#Rusiya#Azərbaycan#səfir#qəza#münasibətlər

Bu mövzuda