FHN: Azərbaycanda təbii və texnogen hadisələr artıb, ölənlər var
Bu gün, 15:38
8
Fövqəladə Hallar Nazirliyi (FHN) 2025-ci ilin 9 ayı ərzində Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayının artdığını açıqlayıb. Bu hadisələr nəticəsində insan tələfatı da qeydə alınıb.
Rock.News xəbər verir ki, FHN-nin məlumatına görə, 2025-ci ilin 9 ayında respublika ərazisində 17301 təbii və texnogen mənşəli hadisə qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5118 hadisə və ya 12% çoxdur. Həmin hadisələr nəticəsində 45 nəfər həlak olub, 182 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri 33 nəfəri xilas edib, 689 nəfəri təxliyə edib.
#FHN#hadisə#təbii hadisə#texnogen hadisə#ölüm#xəsarət



