Qaradağda taksi sürücüsünün pulu oğurlandı, mağaza soyuldu
Bu gün, 13:48
5

Qaradağ rayonunda oğurluq hadisələri baş verib.
Rock.News xəbər verir ki, Ələt qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan şəxsin “Mitsubishi” markalı avtomobilindən 1060 manat pul oğurlanıb. Polis tərəfindən 24 yaşlı R.Hacıyev saxlanılıb. Lökbatan qəsəbəsində mağazadan oğurluqda şübhəli bilinən 24 yaşlı F.Babaxanov da saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.
#oğurluq#cinayət#Qaradağ



