USD1.70
EUR2.00
RUB2.1715
BTC87912.00
USDT1.00
TON1.61
Canlı

Gürcüstanda keçmiş baş prokurora qiyabi həbs qərarı verildi: Qətl ittihamı

Bu gün, 15:28
3
Gürcüstanda keçmiş baş prokurora qiyabi həbs qərarı verildi: Qətl ittihamı

Gürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladze barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Rock.News xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsi bu barədə hökm çıxarıb. Rusiya vətəndaşı olan Partsxaladze iş adamı Levan Canqveladzenin qətlinin təşkilində ittiham olunur. O, hazırda Rusiyadadır. Vəkili müdafiə etdiyi şəxsin ittihamı qəbul etmədiyini bildirib. Levan Canqveladze bu ilin martın 14-də Tbilisidə qətlə yetirilib. Qətli törətməkdə ittiham olunan Gela Udzilauri bu ilin oktyabrında ömürlük azadlıqdan məhrum edilib. Otar Partsxaladze 2013-cü ildə qısa müddət ərzində Gürcüstanın baş prokuroru vəzifəsini tutub.

#Gürcüstan#qətl#məhkəmə#prokuror

Bu mövzuda

Gürcüstanda keçmiş baş prokurora qiyabi həbs qərarı verildi: Qətl ittihamı — Rock.News