Ucarda Kütləvi Zəhərlənmə: 14 Nəfər Xəstəxanaya Yerləşdirilib
Bu gün, 16:51
10

Ucar rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib, nəticədə 14 nəfər xəstəxanaya yerləşdirilib.
Rock.News xəbər verir ki, dekabrın 30-da saat 11:00 radələrindən etibarən 14 nəfər (3 kişi, 11 qadın) zəhərlənmə şübhəsi ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Xəstəxanadan verilən məlumata görə, pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
#zəhərlənmə#Ucar#xəstəxana



