USD1.70
EUR2.00
RUB2.1715
BTC88805.00
USDT1.00
TON1.63
Canlı

BƏƏ Səudiyyə Ərəbistanına zərər verə biləcək hərəkətləri rədd edir

Bu gün, 16:41
4
BƏƏ Səudiyyə Ərəbistanına zərər verə biləcək hərəkətləri rədd edir

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Səudiyyə Ərəbistanına zərər verə biləcək hər hansı bir hərəkəti qəti şəkildə rədd etdiyini bəyan edib.

Rock.News xəbər verir ki, BƏƏ Krallığın suverenliyinə, eləcə də milli təhlükəsizliyinə tam hörmətini bir daha təsdiqləyib. BƏƏ Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda BƏƏ-nin Səudiyyə Ərəbistanının suverenliyinə hörmət etdiyi vurğulanıb, Yəmənlə bağlı səsləndirilən iddialar təkzib edilib. BƏƏ Yəməndə tərəflər arasında yaranmış gərginliklə hər hansı bir əlaqəsinin olduğunu inkar edir və Yəməndəki heç bir qruplaşmaya Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatlar aparmaqla bağlı göstəriş verməyib.

#BƏƏ#Səudiyyə Ərəbistanı#Yəmən#siyasət

Bu mövzuda

BƏƏ Səudiyyə Ərəbistanına zərər verə biləcək hərəkətləri rədd edir — Rock.News