Türkiyədə İŞİD Əməliyyatı: Polis Şəhid Oldu, Yüzlərlə Şübhəli Saxlanıldı
Bu gün, 11:56
11

Türkiyədə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatlar davam edir. Daxili işlər naziri Ali Yerlikayanın açıqlamasına görə, 21 vilayətdə keçirilən əməliyyatlar nəticəsində 357 nəfər saxlanılıb.
Rock.News xəbər verir ki, Yalova vilayətində İŞİD-ə qarşı əməliyyat zamanı 3 polis əməkdaşı şəhid olub, 8 polis əməkdaşı və bir mühafizəçi yaralanıb, 6 terrorçu zərərsizləşdirilib. İstanbulda keçirilən əməliyyatda isə Yalovadakı İŞİD üzvləri ilə əlaqəsi olanlar da daxil olmaqla 110 şübhəli saxlanılıb. Araşdırmalar nəticəsində məsciddə toplanan pulların terror təşkilatına yönəldildiyi müəyyən edilib.
#terror#əməliyyat#polis



