İstanbulda Azərbaycan və Türkiyə tankerləri toqquşdu, xilasetmə əməliyyatı başladı
Bu gün, 14:08
6

İstanbulun Florya sahillərində, Kiçikçəkməcə lövbər rayonunda küləkli hava şəraiti səbəbindən “Kəlbəcər” tankeri və Türkiyə bayraqlı “Alatepe” tankeri toqquşub. Tankerlərdən həyəcan siqnalı gəlib, xilasetmə qrupları əraziyə cəlb olunub.
Rock.News xəbər verir ki, ASCO-dan verilən məlumata görə, hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub. Hazırda hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir. Hadisə zamanı gəmidə yük olmayıb, vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı narahatlıq yoxdur.
#tanker#qəza#xilasetmə#Türkiyə



