Masallıda polis narkotik əməliyyatı keçirdi, iki nəfər saxlanıldı
Bu gün, 09:11
5

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
Rock.News xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun məlumatına görə, əməliyyat zamanı 37 yaşlı Balağa Nuriyev və əvvəllər məhkum olunmuş 49 yaşlı Məhərrəm Məmmədov saxlanılıblar.
Həmin şəxslərdən ümumilikdə 9 kiloqram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda araşdırma aparılır.



