Göyçayda iki avtomobil toqquşub, 7 yaşlı uşaq ölüb, 6 nəfər xəsarət alıb - YENİLƏNİB
Bu gün, 23:26
0

Bu gün saat 16 radələrində Göyçay rayonunun Mırtı kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub. APA -nin Şirvan bürosu xəbər verir ki, hadisə nəticədə 6 nəfər, 1998-ci il təvəllüdlü Haqverdiyev Rauf, 1995-ci il təvəllüdlü Məsimov Kərim, 2020-ci il təvəllüdlü Məsimov Orxan, 2020-ci il təvəllüdlü Məsimov Ayxan, 2000-ci il təvəllüdlü Əliyev İsa və 2006-ci il təvəllüdlü Əliyev Loğman xəsarət alıblar. 7 yaşlı Məsimov Nihat isə aldığı xəsarətlərdən vəfat edib. DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA -nin sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. *** 18:57 Göyçayda iki avtomobil toqquşub, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
APA -nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisində qeydə alınıb.
“Mercedes” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2-i azyaşlı olmaqla, 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Yarlılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.



