USD1.70
EUR2.00
RUB2.1715
BTC88715.00
USDT1.00
TON1.63
Canlı

Sumqayıtda baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

1 yan, 02:08
0
Sumqayıtda baş verən yanğın söndürülüb  - VİDEO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Azərbaycan prospektində yanğın baş verməsi barədə məlumat daxil olub. APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində metal və digər istehsalat tullantılarının qəbulu sahəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Ətraf ərazilər yanğından mühafizə olunub. *** Sumqayıt şəhərində yanğın hadisəsi baş verib. APA xəbər verir ki, yanğın Əşya Bazarının yaxınlığında yerləşən taxta sexində qeydə alınıb. Əraziyə FHN qüvvələri cəlb olunub.

Bu mövzuda