USD1.70
EUR2.00
RUB2.1715
BTC88715.00
USDT1.00
TON1.63
Canlı

Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar paketini fevralın 24-dək qəbul etməyi planlaşdırır

1 yan, 00:57
0
Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar paketini fevralın 24-dək qəbul etməyi planlaşdırır
Avropa İttifaqına üzv ölkələr Rusiyaya qarşı 20-ci sanksiyalar paketini 2026-cı il fevralın 24-dək qəbul etməyi planlaşdırır. APA xəbər verir ki, bu barədə Almaniyanın Die Welt qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, yeni paket enerji və bank sektorlarını əhatə edən əlavə məhdudiyyətləri də özündə birləşdirəcək. Bundan əlavə, Aİ mövcud sanksiyalardan yayınma hallarına nəzarəti gücləndirməyi, eləcə də bir sıra fiziki və hüquqi şəxslər üçün Avropa İttifaqına səyahət qadağası və aktivlərin dondurulması tədbirlərini tətbiq etməyi planlaşdırır.

Bu mövzuda