Tarif Şurası Elektrik və Qaza Sabit Tariflər Tətbiq Etdi
Bu gün, 14:38
3

Tarif Şurası elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdirib. Yeni tariflər istehlak səviyyəsindən asılı olmayaraq, sabit xərclərin istehlakçılar arasında balanslı bölüşdürülməsi məqsədi daşıyır.
Rock.News xəbər verir ki, elektrik enerjisi üzrə aylıq sabit tarif əhali və 1 fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üçün 1 manat, 3 fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üçün isə 3 manat təşkil edir. Təbii qaz üzrə aylıq sabit tarif əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üçün 1 manat, sənaye qaz qurğusu ilə qoşulan qeyri-əhali istehlakçıları üçün 3 manat müəyyən edilib.
#tarif#elektrik#qaz#Tarif Şurası



