Qarabağda Elektrik Şəbəkəsinə Qoşulma Xərclərinə Güzəştlər Tətbiq Edildi
Bu gün, 14:48
8

İşğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinə güzəştlər müəyyən edilib.
Rock.News xəbər verir ki, Tarif Şurasının məlumatına əsasən, Qarabağ və Şərqi Zəngəzurda paylayıcı şəbəkədə görülən yenidənqurma işlərinin böyük hissəsi dövlət əsaslı vəsait qoyuluşları hesabına maliyyələşdirilir. Məişət abonentlərinin və bəzi qeyri-yaşayış obyektlərinin elektrik şəbəkəsinə qoşulması ödənişsiz olacaq, digərlərinə isə güzəştlər tətbiq ediləcək.
#Qarabağ#enerji#güzəşt



