SİMA İmza: Rəqəmsal İmza Tərəfdaşlarının Sayı 100-ə Çatdı
Bu gün, 14:48
7

SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə xidmətlərini rəqəmsallaşdıran qurumların sayı 100-ə çatıb.
Rock.News xəbər verir ki, rəqəmsal imzanın 100-cü tərəfdaşı “Azerconnect” şirkəti olub. 2022-ci ildə istifadəyə verilmiş “SİMA İmza” bu günədək bir çox dövlət və özəl qurumların etibar etdiyi rəqəmsal platformaya çevrilərək vergi, gömrük, ədliyyə, təhsil, səhiyyə, bank, sığorta, onlayn ticarət və s. kimi sahələrdə tətbiq edilməyə başlanılıb.
#rəqəmsal imza#SİMA İmza#Azerconnect



