Azərbaycan nefti ucuzlaşdı: Bir barelə görə qiymət 64 dollara düşdü
Bu gün, 09:47
0

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Rock.News xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,45 ABŞ dolları və ya 2,2% azalaraq 64,12 ABŞ dollarına bərabər olub. Əvvəlki qiymət 65,57 ABŞ dolları təşkil edirdi. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.


