Avropa və NATO müşavirləri Kiyevdə: Təhlükəsizlik müzakirələri başlayır
3 yan, 14:49
3

Avropa ölkələri və NATO-nun milli təhlükəsizlik üzrə müşavirləri bu gün Kiyevə gəliblər.
Rock.News xəbər verir ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov bu barədə öz “Telegram” kanalında məlumat yayıb. Aparılacaq danışıqlarda Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Latviya, Estoniya, Litva, Polşa, Finlandiya, Kanada, Niderland, İsveç, Norveç və Danimarkanın, həmçinin NATO, Avropa Şurası və Avropa Komissiyasının nümayəndələri iştirak edir. Umerovun sözlərinə görə, tərəflər təhlükəsizlik və iqtisadiyyat məsələlərini, çərçivə sənədləri ilə işləri, həmçinin Ukraynanın beynəlxalq tərəfdaşlarla növbəti addımlarının koordinasiyasını müzakirə edəcəklər.



