ABŞ 2026 Dünya Çempionatında PUA təhlükəsinə qarşı 250 milyon ayırdı
Bu gün, 02:29
14

ABŞ administrasiyası 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında pilotsuz uçuş aparatlarına (PUA) qarşı tədbirləri gücləndirmək üçün 11 ştata 250 milyon dollar ayırıb.
Rock.News xəbər verir ki, vəsait çempionat oyunlarının keçiriləcəyi ştatlara PUA-ların aşkarlanması, identifikasiyası, izlənməsi və onlara qarşı mübarizə imkanlarının inkişafı üçün ayrılıb. Agentlik cinayətkarların və terror qruplarının PUA-lardan istifadəsini artırmasına diqqət çəkib. 2026 FIFA World Cup ABŞ, Kanada və Meksikada keçiriləcək.
#futbol#dünya çempionatı#ABŞ#PUA#təhlükəsizlik



