Almaniya Rusiyanın hibrid hücumlarından yeni müharibə təhlükəsi görür
Bu gün, 03:10
15

Almaniya hərbi planlaşdırıcıları son kiberhücumlar, diversiyalar və dezinformasiya kampaniyalarının yeni müharibənin başlanğıcı ola biləcəyindən narahatdırlar.
Rock.News xəbər verir ki, Politico nəşri məxfi hökumət sənədinə istinadən Almaniyanın genişmiqyaslı münaqişə şəraitində ölkə ərazisinin müdafiəsinin necə təşkil olunacağını əks etdirən Operativ Plan hazırladığını bildirib. Sənəddə Almaniya hərbçilərinin Rusiya tərəfindən NATO ölkələrinə qarşı yönəlmiş fəaliyyətləri diqqətlə izlədiyi vurğulanır və hibrid hücumların “əsaslı şəkildə hərbi qarşıdurmaya hazırlıq mərhələsi kimi çıxış edə biləcəyi” qeyd olunur.
#Almaniya#Rusiya#hibrid müharibə#NATO



