Sinoptiklər xəbərdarlıq edir: Rayonlarda qar, yollarda buzlaşma gözlənilir
Bu gün, 12:17
11

Milli Hidrometeorologiya Xidməti gələn ilin ilk günü üçün hava proqnozunu açıqlayıb. Dağlıq rayonlarda qar yağacağı, bəzi ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
Rock.News xəbər verir ki, yanvarın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Rayonlarda isə qar yağacağı ehtimalı var. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimal olunur.
#hava proqnozu#qar#buzlaşma#xəbərdarlıq



