Ucarda Dəhşətli Qəza: Yaralılar Xəstəxanaya Yerləşdirilib, Araşdırma Başladı
Bu gün, 13:49
10

Ucar rayonunda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyəti müəyyən edilib və vəziyyətləri ağırdır.
Rock.News xəbər verir ki, qəza nəticəsində rayonun Yuxarı Şilyan kənd sakinləri - 1984-cü il təvəllüdlü Ümüdvar Təyyar oğlu Mahmudov, 1996-cı il təvəllüdlü Uğur Güləhməd oğlu Rəhimov və 1964-cü il təvəllüdlü Xatirə Əmrah qızı Mahmudova xəsarət alıb. Qəzada yüngül xəsarət alan 1 nəfər kişi cinsli şəxsə isə ilkin yardım edildikdən sonra evə buraxılıb. Hadisə səhər saatlarında Yuxarı Şilyan kənd yolunda baş verib. Hərəkətdə olan "VAZ 2106" və "Nissan" markalı avtomobillər toqquşub. Faktla bağlı araşdırma aparılır.
#qəza#Ucar#yaralılar



