Suraxanıda ev yanğını: Xəsarət alan var, yanğın söndürülüb
Bu gün, 15:11
13

Bakının Suraxanı rayonunda baş verən ev yanğını nəticəsində bir nəfər xəsarət alıb.
Rock.News xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, Suraxanı rayonunda iki mərtəbəli evin ikinci mərtəbəsi və dam örtüyü yanıb. Hadisə zamanı bir nəfər yanıq xəsarəti alıb. Yanğın söndürülüb, evin qalan hissəsi və bitişik evlər yanğından qorunub.
#yanğın#Suraxanı#xəsarət



