İran hökuməti etirazları qəbul edir: Tələblər dinləniləcək!
Bu gün, 12:57
2

İran hökuməti nümayişçilərin etirazlarını qəbul etdiyini və ən sərt tələblərini belə eşitməyə hazır olduğunu bildirib.
Rock.News xəbər verir ki, bu barədə İran hökumətinin mətbuat xidmətinin rəsmisi Fatimə Mühacirani mətbuat konfransında məlumat verib. Mühacirani etirazlarla bağlı fövqəladə planın işlənib hazırlandığını və icra mərhələsində olduğunu qeyd edib. İran rialının ABŞ dolları qarşısında kəskin dəyər itirməsindən sonra Tehranda sahibkarlar iqtisadi vəziyyətin çətinliyinə etiraz olaraq aksiyalar keçiriblər.
#İran#etirazlar#iqtisadiyyat



