USD1.70
EUR2.00
RUB2.1715
BTC87846.00
USDT1.00
TON1.60
Canlı

Ermənistanda müxalifət liderləri saxlanıldı: Siyasi gərginlik artır

Bu gün, 10:03
6
Ermənistanda müxalifət liderləri saxlanıldı: Siyasi gərginlik artır

Ermənistanda müxalif “Vətən” partiyasının baş katibi Xaçik Qalstyan ötən gecə saxlanılıb. Bu, ölkədə siyasi gərginliyin artmasına səbəb olub.

Rock.News xəbər verir ki, Vaqarşapatda həmin partiyanın digər nümayəndəsi – Aram Koçaryanın da saxlanıldığı bildirilir. Məlumatı “Sputnik Armenia” yayıb. Siyasi qüvvənin mətbuat katibi Ripsime Arakelyan bu barədə sosial şəbəkələrdə məlumat verib. Qeyd edək ki, “Vətən” partiyasına Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sabiq direktoru Artur Vanetsyan rəhbərlik edir. Vanetsyan 2019-cu ildə MTX-nın direktoru vəzifəsindən azad edildikdən sonra Paşinyan hakimiyyətinə qarşı müxalifətə keçib və 2020-ci ildə “Vətən” partiyasını təsis edib.

#Ermənistan#Müxalifət#Həbs#Siyasət

Bu mövzuda

Ermənistanda müxalifət liderləri saxlanıldı: Siyasi gərginlik artır — Rock.News