Gəncədə bitişik evlərdə baş verən yanğın söndürülüb!
Bu gün, 08:16
0

Gəncədə bir-birinə bitişik evlərdə baş vermiş yanğın FHN yanğınsöndürənləri tərəfindən söndürülüb.
Rock.News xəbər verir ki, yanğın nəticəsində iki ev tamamilə yanıb, alov üçüncü evə keçsə də, yanğınsöndürənlərin operativ müdaxiləsi ilə alovun qarşısı alınıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.



