USD1.70
EUR1.99
RUB2.1157
BTC93046.00
USDT1.00
TON1.86
Canlı

Binəqədidə hamamda yanğın: FHN operativ müdaxilə ilə alov söndürüldü

3 yan, 11:07
1
Binəqədidə hamamda yanğın: FHN operativ müdaxilə ilə alov söndürüldü

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Emin Bağırov küçəsində yerləşən hamamda yanğın baş verməsi barədə məlumat daxil olub.

Rock.News xəbər verir ki, FHN Mətbuat xidmətindən verilən məlumata əsasən, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində ümumi sahəsi 320 kv.m olan hamamın saunasında baş vermiş yanğın qısa müddətdə söndürülüb və alovun hamamın digər otaqlarına yayılmasının qarşısı alınıb. Yanğın nəticəsində saunanın 50 kv.m sahədə taxta üzlüyü yanıb, yüksək temperaturdan 70 kv.m sahədə taxta üzlük deformasiya edib. Hamamın qalan hissəsi yanğından mühafizə olunub.

Bu mövzuda

Binəqədidə hamamda yanğın: FHN operativ müdaxilə ilə alov söndürüldü — Rock.News