Gəncədə yanğın: Üç evi əhatə edən alov söndürülməyə çalışılır
Bu gün, 07:45
0

Gəncə şəhərində üç fərdi yaşayış evində baş vermiş yanğın davam edir.
Rock.News xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər yanğınsöndürmə bölmələri cəlb olunub. Yanğın nəticəsində iki ev tamamilə yanıb, alov üçüncü evə keçib. Hazırda yanğının söndürülməsi üçün işlər aparılır.



