USD1.70
EUR2.00
RUB2.1715
BTC88715.00
USDT1.00
TON1.63
Canlı

TƏBİB-in nəzdindəki tibb müəssisəsində ilin ilk körpəsi Şamaxıda doğulub - YENİLƏNİB

Bu gün, 11:46
0
TƏBİB-in nəzdindəki tibb müəssisəsində ilin ilk körpəsi Şamaxıda doğulub - YENİLƏNİB
TƏBİB-in nəzdindəki tibb müəssisəsində 2026-cı ilin ilk körpəsi dünyaya gəlib. APA xəbər verir ki, 01.01.2026-cı il tarixində saat 00:40 radələrində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında doğulan körpənin cinsi qız, çəkisi 3 kq. 200 qramdır. Doğuş təbii yolla baş tutub. Hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir. Qeyd edək ki, körpə 2001-ci il təvəllüdlü ananın üçüncü övladıdır. *** 01:22 2026-cı ildə Azərbaycanda ilk uşaq Naxçıvanda dünyaya gəlib. Naxçıvan Perinatal Mərkəzindən APA -nın yerli bürosuna verilən məlumata görə, dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə saat 00:01-də Naxçıvan şəhər sakini Gülməmmədovlar ailəsində oğlan uşağı dünyaya gəlib. 2,6 kq çəkidə doğulan uşaq tam sağlamdır. Uşaq keysəriyyə yolu ilə dünyaya gəlib.

Bu mövzuda

TƏBİB-in nəzdindəki tibb müəssisəsində ilin ilk körpəsi Şamaxıda doğulub - YENİLƏNİB — Rock.News