USD1.70
EUR2.00
RUB2.1715
BTC88715.00
USDT1.00
TON1.63
Canlı

Prezident İlham Əliyev Kuba Respublikasının Prezidentini təbrik edib

Bu gün, 14:58
0
Prezident İlham Əliyev Kuba Respublikasının Prezidentini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kuba Respublikasının Prezidenti Zati-aliləri cənab Migel Dias-Kanel Bermudesi təbrik edib. APA xəbər verir ki, təbrik məktubunda aşağıdakılar qeyd edilib: “Hörmətli cənab Prezident, Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, xoş ənənələr üzərində qurulmuş Azərbaycan-Kuba münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir. Fürsətdən istifadə edərək Yeni, 2026-cı il münasibətilə də Sizə təbriklərimi və ən xoş arzularımı çatdırır, möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, dost Kuba xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Bu mövzuda

Prezident İlham Əliyev Kuba Respublikasının Prezidentini təbrik edib — Rock.News