Sabah Bakıda külək güclənəcək - PROQNOZ
Bu gün, 15:29
0

Yanvarın 2-də gözlənilən hava şəraiti aşıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA -ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində arabir yağıntılı olacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində intensivləşəcəyi, yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.
Bu mövzuda

Azərbaycanda istehsal olunan avtomobillərin satışının ƏDV-dən azad olunması üçün şərt müəyyənləşib

Netanyahu 2026-cı ili Tramp ilə birlikdə qarşılayıb - FOTO

İsveçrədə barda partlayış nəticəsində 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb - YENİLƏNİB
