USD1.70
EUR2.00
RUB2.1715
BTC89896.00
USDT1.00
TON1.80
Canlı

Almaniyada Bank Soyğunu: Oğrular 100 Milyon Avroluq Qızıl Aparıb!

Dünən, 23:31
0
Almaniyada Bank Soyğunu: Oğrular 100 Milyon Avroluq Qızıl Aparıb!

Almaniyanın Gelsenkirxen şəhərindəki “Sparkasse” bankının anbarından oğurlanan qiymətli əşyaların dəyəri 100 milyon avrodan çoxdur.

Rock.News xəbər verir ki, Bild qəzetinin məlumatına görə, Milad bayramları ərəfəsində baş verən hadisədə cinayətkarlar binaya yaxınlıqdakı avtomobil dayanacağından daxil olub, divarda böyük bir deşik açaraq 3,2 min seyfi sındırıblar. Onlar qızıl məmulatları da daxil olmaqla içərisindəki əşyaları götürüb qaçıblar. Oğurluq dekabrın 29-da aşkarlanıb və Almaniya tarixində ən böyük bank soyğunlarından biri hesab olunur. Hadisədən 2,5 mindən çox əmanətçi zərər görüb.

Bu mövzuda