Kabardin-Balkarda təxribat cəhdi: Şübhəli şəxs məhv edildi
Bu gün, 18:02
22

Rusiya Federal Təhlükəsizlik Xidməti Kabardin-Balkar Respublikasında qazpaylayıcı sistemə qarşı planlaşdırılan təxribatın qarşısının alındığını açıqlayıb.
Rock.News xəbər verir ki, əməliyyat zamanı Nalçik sakininin qaz infrastrukturunu partlatmaq istədiyi məlum olub. Şübhəli şəxs saxlanılarkən müqavimət göstərib və atəşlə öldürülüb. Onun üzərindən 5 kq trotil ekvivalentində partlayıcı və Ukrayna istehsalı silah tapılıb.
#terror#Rusiya#partlayış



