Ukrayna və Rusiya: Neft zavodları və yaşayış binaları atəş altında, yaralılar var
Bu gün, 09:55
11

Ukrayna ordusu Rusiyada neft emalı zavoduna, Rusiya ordusu isə Ukraynanın Odessa şəhərində infrastruktur obyektlərinə və binalara zərbələr endirib. Nəticədə hər iki tərəfdə yaralananlar var.
Rock.News xəbər verir ki, Krasnodar diyarının operativ qərargahı Tuapse neft emalı zavodunun pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını, nəticədə ərazidə yanğın baş verdiyini və iki nəfərin xəsarət aldığını bildirib. Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak isə Rusiya ordusunun zərbələri nəticəsində 3-ü uşaq olmaqla, beş nəfərin xəsarət aldığını qeyd edib. Şəhərin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb.
#Rusiya#Ukrayna#müharibə#hücum



