Binəqədidə FHN əməliyyatı: 10 ədəd F-1 qumbarası zərərsizləşdirilib
Bu gün, 11:35
4

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Binəqədi rayonu ərazisində sursat aşkarlanması barədə məlumat daxil olub.
Rock.News xəbər verir ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Ərazidə 10 ədəd F-1 əl qumbarası və bir qutu parladıcı zərərsizləşdirilib. Əlavə axtarış zamanı başqa təhlükəli əşya aşkarlanmayıb.
#FHN#Binəqədi#qumbara#sursat



