Arizonada helikopter qəzası: Dörd nəfərin taleyi naməlum olaraq qalır
Bu gün, 02:53
0

ABŞ-ın Arizona ştatında, Feniks şəhəri yaxınlığındakı dağlıq ərazidə şəxsi helikopter qəzaya uğrayıb.
Rock.News xəbər verir ki, hadisə yanvarın 2-də yerli vaxtla saat 11:00 radələrində baş verib. Helikopterin göyərtəsində dörd nəfərin olduğu bildirilir. Onların vəziyyəti barədə hələlik məlumat yoxdur. Xilasetmə xidmətləri qəza yerinə çatmağa çalışır. Hadisə ilə bağlı araşdırmanı ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası aparacaq.


