USD1.70
EUR2.00
RUB2.1715
BTC88715.00
USDT1.00
TON1.63
Canlı

Zelenski Ukraynanın Qiymətli Kağızlar üzrə Milli Komissiyasının sədrini vəzifədən azad edib

Bu gün, 05:40
0
Zelenski Ukraynanın Qiymətli Kağızlar üzrə Milli Komissiyasının sədrini vəzifədən azad edib
Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 31-də Qiymətli Kağızlar və Fond Bazarı üzrə Milli Komissiyanın sədri Ruslan Məhəmmədovu vəzifəsindən azad edib. APA xəbər verir ki, bu barədə Zelenskinin rəsmi saytında dərc olunan sərəncamda deyilir. Sənəddə qeyd olunur: “Ruslan Sadruddinoviç Məhəmmədov Ukraynanın Qiymətli Kağızlar və Fond Bazarı üzrə Milli Komissiyasının sədri vəzifəsindən azad edilsin”. Qərarın səbəbləri açıqlanmayıb. Dövlət başçısının digər sərəncamı ilə Aleksey Semenyuk sözügedən qurumun yeni sədri təyin edilib.

Bu mövzuda

Zelenski Ukraynanın Qiymətli Kağızlar üzrə Milli Komissiyasının sədrini vəzifədən azad edib — Rock.News