USD1.70
EUR2.00
RUB2.1715
BTC88715.00
USDT1.00
TON1.63
Canlı

İsveçrədə barda partlayış nəticəsində 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb - YENİLƏNİB

Bu gün, 17:10
0
İsveçrədə barda partlayış nəticəsində 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb - YENİLƏNİB
İsveçrənin Kran-Montana şəhərində yerləşən dağ-xizək kurortunda bir barda baş verən partlayış və yanğın nəticəsində təxminən 40 nəfər həlak olub, daha 100 nəfər isə xəsarət alıb. APA xəbər verir ki, bu barədə Le Nouvelliste nəşri məlumat yayıb. Məqalədə bildirilir ki, fəlakət nəticəsində təxminən 40 nəfər həyatını itirib, 100-ə yaxın insan yaralanıb. RTS telekanalının mənbəsinin verdiyi məlumata görə, xəsarət alanların bir çoxu ağır yanıq xəsarətləri alıb. Partlayışın səbəbləri hələlik məlum deyil. İsveçrə polisi hadisənin terrorla əlaqəli olmadığını açıqlayıb. Qeyd edək ki, daha əvvəl Yeni il gecəsi İsveçrənin Kran-Montana şəhərində yerləşən The Constellation adlı barda yanğın baş verdiyi barədə məlumat yayılmışdı. *** 10:48 Alp dağlarında yerləşən dəbdəbəli xizək kurortu şəhərciyi Krans-Montanada bir barda baş verən partlayış nəticəsində çox sayda insan həyatını itirib. APA xəbər verir ki, bu barədə İsveçrə polisi açıqlama yayıb. Məlumata görə, İsveçrənin məşhur Krans-Montana xizək mərkəzində Yeni il qeyd edənlər böyük faciə yaşayıb. 2026-cı il yanvarın 1-də gecə yarısından sonra, təxminən saat 01:30 radələrində “Le Constellation” adlı iki mərtəbəli barda hələlik müəyyən edilməyən səbəbdən güclü partlayış baş verib. Partlayışdan sonra binada genişmiqyaslı yanğın yaranıb. Valais kanton polisinin sözçüsü Gaëtan Lathion hadisə zamanı insan tələfatının olduğunu təsdiqləyib. Şahidlərin və hadisə yerində olan tibb işçilərinin bildirdiyinə görə, onlarla ağır yaralı və ölən var.

Bu mövzuda

İsveçrədə barda partlayış nəticəsində 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb - YENİLƏNİB — Rock.News