Rusiya-Gürcüstan quru sərhədi qar uçqunu təhlükəsi səbəbindən bağlanıb
Bu gün, 22:04
0

Rusiya-Gürcüstan quru sərhədi əlverişsiz hava şəraiti ilə əlaqədar bağlanıb.
APA -nın Rusiya bürosu xəbər verir ki, Rusiya-Gürcüstan sərhədində yerləşən
Lars sərhəd keçid məntəqəsi qar uçqunu təhlükəsi səbəbindən bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.



