USD1.70
EUR2.00
RUB2.1715
BTC88715.00
USDT1.00
TON1.63
Canlı

İsveçrədə xizək mərkəzində partlayış olub, ölən və yaralananlar var

Bu gün, 13:57
0
İsveçrədə xizək mərkəzində partlayış olub, ölən və yaralananlar var
Alp dağlarında yerləşən dəbdəbəli xizək kurortu şəhərciyi Krans-Montanada bir barda baş verən partlayış nəticəsində çox sayda insan həyatını itirib. APA xəbər verir ki, bu barədə İsveçrə polisi açıqlama yayıb. Məlumata görə, İsveçrənin məşhur Krans-Montana xizək mərkəzində Yeni il qeyd edənlər böyük faciə yaşayıb. 2026-cı il yanvarın 1-də gecə yarısından sonra, təxminən saat 01:30 radələrində “Le Constellation” adlı iki mərtəbəli barda hələlik müəyyən edilməyən səbəbdən güclü partlayış baş verib. Partlayışdan sonra binada genişmiqyaslı yanğın yaranıb. Valais kanton polisinin sözçüsü Gaëtan Lathion hadisə zamanı insan tələfatının olduğunu təsdiqləyib. Şahidlərin və hadisə yerində olan tibb işçilərinin bildirdiyinə görə, onlarla ağır yaralı və ölən var.

Bu mövzuda