USD1.70
EUR2.00
RUB2.1715
BTC88715.00
USDT1.00
TON1.63
Canlı

Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb

Bu gün, 19:32
0
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
Cəlilabadda gənclər arasında mübahisə düşüb, bıçaqlanan var. APA -nın cənub bürosunun verdiyi xəbərə görə hadisə şəhər mərkəzində, Heydər Əliyev Seyrəngahında qeydə alınıb. Burada gənclər arasında mübahisə yaranıb. Mübahisə zəminində Cəlilabad rayon Uzuntəpə kənd sakini, 2009-cu il təvəllüdlü, M. Əsgərəli bıçaq xəsarətləri alıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub və ilkin tibbi yardım göstərilib. Vəziyyətinə uyğun olaraq cərrahi əməliyyata alınıb. Həkimlər onun vəziyyətini stabil olduğunu deyirlər. Əməli törətməkdə şübhəli bilinən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Bu mövzuda

Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb — Rock.News